Payline.
Giriş

Məxfilik siyasəti

Son yenilənmə: 07.08.2026

Kart məlumatları bizə heç vaxt çatmır. Ödəniş Kapital Bank-ın öz səhifəsində aparılır — kart nömrəsi, son istifadə tarixi və CVV Payline serverlərinə ötürülmür və orada saxlanılmır.

1. Hansı məlumatları toplayırıq

Satıcılardan: ad, e-poçt, mağaza adı və ünvanı, bank merchant kodu və secret key (şifrələnmiş), giriş tarixçəsi, IP ünvanı.

Alıcılardan: ad, e-poçt, telefon, çatdırılma ünvanı, sifariş məlumatları. Alıcı hesab yaradırsa — parol (hash şəklində).

Toplamırıq: kart nömrəsi, CVV, kartın son istifadə tarixi.


2. Nə üçün işlədirik

Yalnız xidmətin göstərilməsi üçün: mağazanın işləməsi, sifarişlərin emalı, ödəniş statusunun bankdan yoxlanması, bildiriş e-poçtlarının göndərilməsi, abunə idarəetməsi və təhlükəsizlik (fırıldaq və sui-istifadənin qarşısının alınması).

Məlumatları satmırıq və reklam məqsədilə üçüncü tərəflərə vermirik.


3. Alıcı məlumatları kimə aiddir

Alıcının sifariş məlumatları həmin mağazanın Satıcısına aiddir. Platforma onları yalnız Satıcı adından saxlayır və emal edir.

Hər mağazanın məlumatı texniki səviyyədə ayrılıb — bir mağaza digərinin alıcılarını, sifarişlərini və ya məhsullarını görə bilmir.

Alıcı öz məlumatları ilə bağlı sorğu üçün əvvəlcə sifariş verdiyi mağaza ilə əlaqə saxlamalıdır.


4. Kimlərlə paylaşılır

Kapital Bank — ödənişin həyata keçirilməsi üçün sifariş məbləği və təsviri ötürülür. Hostinq provayderi — məlumatlar onun serverlərində saxlanılır. Dövlət orqanları — yalnız qanunla tələb olunduqda.

Bundan başqa heç kimə verilmir.


5. Təhlükəsizlik

Bank kredensialları AES-256-GCM ilə şifrələnir. Parollar geri qaytarıla bilməyən alqoritmlə (argon2id) saxlanılır. Bütün əlaqə HTTPS üzərindən gedir. Mağazalar arasında məlumat ayrılığı həm proqram, həm də verilənlər bazası səviyyəsində tətbiq olunur.

Buna baxmayaraq, internetdə heç bir sistem 100% təhlükəsiz deyil. Satıcı öz giriş məlumatlarını qorumağa borcludur.


6. Saxlanma müddəti

Sifariş və ödəniş qeydləri maliyyə hesabatlılığı üçün saxlanılır və təsadüfən silinməsinin qarşısı texniki səviyyədə alınıb. Hesab bağlandıqda məlumatlar qanunla tələb olunan müddət bitdikdən sonra silinir.


7. Kukilər

Yalnız işləmək üçün zəruri olan kukilər işlədilir: giriş sessiyası və CSRF qorunması. Reklam və izləmə kukiləri işlədilmir.


8. Əlaqə

Məxfiliklə bağlı suallar üçün platforma ilə əlaqə saxlaya bilərsiniz. Bu siyasət dəyişdirilə bilər — dəyişiklik saytda dərc olunduğu andan qüvvəyə minir.

İstifadə şərtləri · Ana səhifə